Company logo

Müştəri Xidmətləri Nümayəndəsi

Positive Call Center

Tam iş vaxtı

Yerində

Baku, Baki, Azerbaijan

600,00 ₼

Hal-hazırda Türk Hava Yollarına ve Azerbaycan Hava Yollarına xidmət göstərən layihə üçün müştəri təmsilciləri axtarırıq.  Siz də bizim professional komandamıza qoşularaq öz karyeranızda doğru addım atın.

Öhdəliklər:

  • Çarğı mərkəzinə müştərilər tərəfindən daxil olan bütün zəngləri zamanda və operativ şəkildə cavablandırmaq.
  • Müştərilərin şikayəti,təklifi,və tövsiyyələrini dinləmək,verilən sualları düzgün şəkildə cavablandırmaq
  • Çağrı mərkəzində qarşıya qoyulan aylıq hədəflərə çatmaq

Namizədə verilən tələblər:

  • Ali təhsilə üstünlük verilir
  • İngilis, Rus ve ya Ukrayınca dillərini mükəmməl səviyyədə bilməli ( minimum birini)
  • Nitqi aydın və səlis olmalı
  • Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
  • Müştərilərlə ünsiyyət qurma bacarığı
  • Məsuliyyətli, səbrli, stressə davamlı olmalı

Bizim növbə sistemimiz həftənin altı günü fəaliyyət göstərir, hər bir növbənin günlük grafiki isə 8 saat 30 dəqiqədir (buna 1 saatlıq yemək/fasilə vaxt daxildir). Növbələr həftəlik əsasda dövr edir və səhər, günorta, axşam və gecə növbələrini əhatə edir (00:00-dan sonra növbə dəyişiklikləri üçün servis mövcuddur). Təlimdən sonra vəzifənizə başlayacaqsınız və ayda bir dəfə performans qiymətləndirmələri aparılacaq. Performans nəticələrinə görə əmək haqqınızın 50%-inə qədər bonus qazana bilərsiniz. Əgər müştəri xidməti sahəsində əmək təcrübəsi qazanmaq və sosial və maraqlı bir mühitdə işləmək istəyirsinizsə, CV-nizi elektron poçt vasitəsilə göndərə, telefon nömrəmizdən əlavə məlumat əldə edə və ya həftə içi 09:00-18:00saatları arasında Nizami küçəsi 125, AF Business House ünvavında yerləşən ofisimizə müraciət edə bilərsiniz. (+994 12 599 88 78)