Company logo

IT administrator

PASHA Life

Tam iş vaxtı

Yerində

Baku, Baki, Azerbaijan

0,00 ₼

Vəzifə Öhdəlikləri:

  • Şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və fasiləsiz işləməsini təmin edilməsi (Switches, Routers, Firewalls, Wireless LAN Controller, Access Points, Cisco ISE);
  • Çağrı mərkəzinin davamlı olaraq işlək vəziyyətinin təmin edilməsi;
  • İP telefoniya sisteminin quraşdırılma və konfiqurasiya bacarıqları;
  • Şirkətin serverlərinin və servislərinin quraşdırılması, idarə edilməsi və sazlanması, monitorinq edilməsi, yenilənməsi, mühafizə edilməsi, sistemlərin bərpa edilməsi, fasiləsiz işləməsini və dayanaqlılığının təmin edilməsi üçün bütün problemlərin aşkar edilməsi və aradan qaldırılması;
  • Şirkətin bütün struktur bölmələrindən gələn texniki sorğulara dəstək göstərilməsi;
  • İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra edilməsi;
  • İnformasiya texnologiyaları siyasətinə uyğun proseduraların yazılması və dəyişikliklərin sənədləşdirilməsi;
  • İnformasiya texnologiyaları infrastrukturunun inkişafı və texniki cəhətdən modernləşdirilməsi istiqamətində işlərin görülməsi;
  • Şirkətin əməkdaşlarının öz iş fəaliyyətlərində informasiya texnologiyalarından istifadə, onların bu sahədə bilik və bacarıqlarının artırılması işinin təşkil edilməsi;
  • Zəruri avadanlıqların və müxtəlif proqram məhsullarının istifadəsi və istismarı üzrə müntəzəm şəkildə treninqlərin təşkil edilməsi və həyata keçirilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: IT administrator sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta , Rus dili:orta

Üstünlüklər:

  • Firewall (Palo Alto, Fortigate), VoIP (3CX) üzrə biliklərin və müvafiq sertifikatların olunması;
  • Şəbəkə (CCNA, CCNP) üzrə müvafiq sertifikatların olunması;
  • NPS sistemi üzrə iş təcrübəsi;
  • Storage sistemləri üzrə iş təcrübəsi;
  • İnfrastruktur monitoring sistemləri üzrə iş təcrübəsi.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.

**İmtiyazlar: **Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.